FHN: İşğaldan azad olunmuş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirilib - VİDEO

FHN: İşğaldan azad olunmuş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirilib - VİDEO
# 06 noyabr 2020 11:42 (UTC +04:00)

Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (DHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın əraziyə dərhal cəlb olunmuş Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR