FHN müharibə dövründə təhlükəsiz davranış qaydaları ilə bağlı əhali arasında maarifləndirmə işləri aparır

FHN müharibə dövründə təhlükəsiz davranış qaydaları ilə bağlı əhali arasında maarifləndirmə işləri aparır
# 30 oktyabr 2020 17:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti dövlət orqanları ilə birlikdə dinc əhalinin müharibə dövründə etibarlı mühafizəsinin təmin edilməsi üçün tədbirləri davam etdirir.

APA-nın məlumatına görə, cəbhəboyu zonada və digər yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri aparılıb. Sakinlərə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə həyətyanı sahələrdə yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə ilə bağlı məlumatlar verilib. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaq yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR