Hikmət Hacıyev: "Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk"

Hikmət Hacıyev: "Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk"
  • Clock-gray 16:44
  • calendar-gray 05 Oktyabr 2020

"Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad olunsun”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 O bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədir: “Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk. Onlar 3-cü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Azərbaycan tərəfi bunu çox gözəl bili, bununla bağlı beynəlxalq  təşkilatlara, ölkələrə də məlumat verib”.

Firuzə Vahid

Digər xəbərlər