Hulisi Akar Qarabağda Ortaq Mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb - FOTO

Hulisi Akar Qarabağda Ortaq Mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb - FOTO
# 31 dekabr 2020 10:37 (UTC +04:00)

Bakıda səfərdə olan Türkiyənin müdafiə naziri Hulisi Akar, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb.

APA bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hulisi Akar bildirib ki, türk hərbçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:

“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR