İşğaldan azad edilmiş torpaqlarda Ermənistanın törətdiyi kütləvi ekoloji terror faktları müəyyənləşdirilib

İşğaldan azad edilmiş torpaqlarda Ermənistanın törətdiyi kütləvi ekoloji terror faktları müəyyənləşdirilib
  • Clock-gray 14:09
  • calendar-gray 09 Noyabr 2020

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında işğal dövründə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət faktlarını müəyyənləşdirib”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. 

 

“Çinar və şam meşələri, o cümlədən min illik çinar ağacı məhv edilib. Vəhşi heyvanların da nəsli kəsilib”, - deyə H.Hacıyev qeyd edib. 

 

Zümrüd Paşkin

Digər xəbərlər