Komissiya: Vətən müharibəsi zamanı Ermənistan azərbaycanlı əsirlərin həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi

Komissiya: Vətən müharibəsi zamanı Ermənistan azərbaycanlı əsirlərin həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi
  • Clock-gray 11:32
  • calendar-gray 17 Dekabr 2020

“Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi”.

APA-nın məlumatına görə, bunun Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

“Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır”, - deyə E. Səmədov vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər