MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
# 01 oktyabr 2020 15:17 (UTC +04:00)

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR