MN: “Azərbaycanın döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır”

MN: “Azərbaycanın döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır”
# 02 noyabr 2020 17:49 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib: "Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR