MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
# 28 oktyabr 2020 09:56 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR