MN: Ermənistan yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır

MN: Ermənistan yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır
# 03 noyabr 2020 19:14 (UTC +04:00)

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR