MN: Ordumuz düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb

MN: Ordumuz düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb
# 01 noyabr 2020 19:27 (UTC +04:00)

“Son sutka ərzində düşmənin cəbhənin müxtəlif istiqamətlərində 1 ədəd piyadaların döyüş maşını, 4 ədəd “Qrad” qurğusu, 8 ədəd topu, 2 rabitə qülləsi, 7 ədəd avtomobil texnikası məhv edilib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib: “Azərbaycan Ordusunun Ermənistan ərazisində hər hansı hərbi məqsədi yoxdur. Bununla yanaşı Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən bölmələri legitim hərbi hədəflərə çevrilir. Azərbaycan Ordusu dəqiq silahlarla düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb. Müharibənin taleyini müəyyən edən isə başda Ali Baş Komandan olmaqla cəsur Azərbaycan zabit və əsgərləridir. O da istisna olunmur ki, düşmənin atdığı istismar müddəti keçmiş raketlərdən bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və oradakı mülki obyektlərin üzərinə düşür”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR