Müdafiə Nazirliyi: Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır

Müdafiə Nazirliyi: Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır
# 10 oktyabr 2020 11:18 (UTC +04:00)

"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır".

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR