Qubadlının Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib

Qubadlının Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib
# 02 fevral 2021 09:47 (UTC +04:00)

Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR