Rusiya FTX Ermənistanda əlavə 5 sərhəd postu yerləşdirib

Rusiya FTX Ermənistanda əlavə 5 sərhəd postu yerləşdirib
  • Clock-gray 22:55
  • calendar-gray 13 Noyabr 2020

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ermənistanda əlavə beş sərhəd zastavası yerləşdirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə FTX rəhbəri Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

FTX rəhbəri qeyd edib ki, onlardan 2 post Ermənistan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Yerasx və Payrur Seyvak ərazisində, 2 post Ermənistan və İran sərhədində - Meğri və Sıqırt ərazisində və sonuncu post sərhəddəki Tex məntəqəsində yerləşdirilib.

“Bütün lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Azərbaycan sərhədçiləri ilə də müvafiq əlaqələr qurduq, məlumat mübadiləsi apardıq. Sərhədçilər dövlət sərhədinin qorunması rejimində xidmət edirlər”, deyə Bortnikov vurğulayıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər