Sentyabrın 27-dən erməni təxribatı nəticəsində Azərbaycanın ölən mülki vətəndaşlarından 1-i körpə, 10-u uşaq, 27-si qadındır

Sentyabrın 27-dən erməni təxribatı nəticəsində Azərbaycanın ölən mülki vətəndaşlarından 1-i körpə, 10-u uşaq, 27-si qadındır
# 30 oktyabr 2020 14:21 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi olmaqla 91 nəfər həlak olub. Həlak olanlardan 15-i ahıl şəxslərdir.

Xəsarət alan 400 nəfərdən 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249 kişidir. Onlardan 45-i ahıl şəxslərdir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR