Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb
# 11 yanvar 2021 16:40 (UTC +04:00)

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR