Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub - YENİLƏNİB - FOTO

Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub - YENİLƏNİB - FOTO
  • Clock-gray 18:32
  • calendar-gray 19 Fevral 2021

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 

APA-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. 

Allah rəhmət eləsin!

***

14:42

İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

APA-nın yerli bürosu xəbər verir  ki, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç  5 ay bundan öncə itkin düşmüşdü. Şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. 

R. Qulamov bu gün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Ramil Zeynallı

Digər xəbərlər