Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb - YENİLƏNİB

Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb - YENİLƏNİB
# 30 noyabr 2020 21:14 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

***

Saat 18:57

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR