Xocavənddə mülki şəxs minaya düşüb - YENİLƏNİB

Xocavənddə mülki şəxs minaya düşüb - YENİLƏNİB
# 15 mart 2021 17:15 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

saat 15:05

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR