Rusiya iki ABŞ diplomatını ölkədən qovub

Rusiya iki ABŞ diplomatını ölkədən qovub
# 14 sentyabr 2023 16:19 (UTC +04:00)

ABŞ səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, səfirə amerikalı diplomatların fəaliyyətləri ilə bağlı demarş elan edilib.

Səfirə iki amerikalı diplomatın “persona non-qrata” elan edilməsi və 7 gün ərzində ölkəni tərk etməli olduğu barədə rəsmi nota verilib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti avqustun sonunda Amerikanın Vladivostokdakı Baş konsulluğunun keçmiş əməkdaşı diplomatlar Sillin və Bernşteynin göstərişi ilə xüsusi hərbi əməliyyat və səfərbərlik haqqında məlumat toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR