Almaniya qətldə şübhəli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib

Almaniya qətldə şübhəli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib
# 26 may 2023 12:57 (UTC +04:00)

Almaniya hökuməti qətldə şübhəli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cinayət hadisəsi 2017-ci ildə Uralsk şəhərindəki dayanacaq ərazisində törədilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs yaranmış münaqişə zamanı zərərçəkənə 7 bıçaq xəsarəti yetirib və nəticədə vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Qazaxıstana ekstradisiya edilən şübhəli şəxs Astanada istintaq təcridxanasına yerləşdirilib.

Cinayəti törətməsi sübuta yetirildiyi təqdirdə onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR