Britaniya kəşfiyyatı: Rusiya tələbələri hərbi xidmətə məcbur etmək üçün yaş həddini dəyişə bilər

Britaniya kəşfiyyatı: Rusiya tələbələri hərbi xidmətə məcbur etmək üçün yaş həddini dəyişə bilər
# 18 mart 2023 13:21 (UTC +04:00)

Rusiyada hərbi xidmətə çağırış yaşının artırılması müqaviləli əsgərlərin arxa cəbhədəki çağırışçılarla əvəzlənməsi cəhdi ilə bağlıdır.

APA xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bu gün dərc etdiyi hesabatda bildirilib.

Qeyd olunub ki, 13 martda Rusiya Dumasının deputatları hazırda 18-27 yaş həddi olan şəxslərin əvəzinə 21-30 yaşlı kişilərin hərbi xidmətə çağırılması haqqında qanunu baxılması üçün təqdim ediblər.

Rusiyada çağırışçıların hərbi əməliyyatlara cəlb edilməsi rəsmən qadağan edilsə də, yəqin ki, yüzlərlə insan yerli administrasiyalar tərəfindən buraxılan səhv nəticəsində və ya müqavilə bağlamağa məcbur olduqları üçün cəbhəyə gedib.

Kəşfiyyat bildirir ki, indi 18-21 yaş arasında olan kişilərin çoxu universitetlərdə təhsil aldıqlarına görə hərbi xidmətdən azad olmaq üçün müraciət edir, lakin çox güman ki, hakimiyyət tələbələri xidmətə məcbur etmək üçün yaş həddini dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR