Kreml Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik təklifinə münasibət bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 24 dekabr 2021 14:55 (UTC +04:00)

Kreml Ukrayna məsələsi ilə bağlı nizamlama prosesində Türkiyənin mümkün roluna münasibət bildirib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, Türkiyənin Ukraynadakı vəziyyətin həllində mümkün rolunu şərh edib: “Problemlər Moskva və Kiyev arasında deyil, Amerika, Moskva və NATO arasındadır. Türkiyə NATO ölkəsidir. Çox güman ki, amerikalılar Türkiyə ilə də məsləhətləşəcək. Çünki onlar həm də ABŞ-ın müttəfiqidirlər”, - Peskov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR