KTMT-nin Ermənistana göndəriləcək monitorinq missiyası üzərində iş davam edir

KTMT-nin Ermənistana göndəriləcək monitorinq missiyası üzərində iş davam edir
# 24 yanvar 2023 21:50 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.

Zaynetdinov bildirib ki, qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur, missiyanın mandatını və iş müddətlərini müəyyən edir. Layihə yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT XTK-nın sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR