Mirzoyan və Lui Bono Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib

Mirzoyan və Lui Bono Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib
# 26 may 2023 17:52 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər rəsmi Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə ediblər.

Mirzoyan vurğulayıb ki, ölkəsi regionda sülhün bərqərar olmasına hazırdır.

Nazir onu da əlavə edib ki, sülhə nail olmaq üçün əsas rolu güc tətbiqindən imtina, sərhədlərin müəyyən edilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlətlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR