Moskvada qarın hündürlüyü 1989-cu ilin rekordunu qırıb

Moskvada qarın hündürlüyü 1989-cu ilin rekordunu qırıb
# 18 dekabr 2022 14:46 (UTC +04:00)

Moskvada qarın hündürlüyü 33-38 santimetrə çatıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Fobos hava mərkəzinin aparıcı Yevgeni Tişkovets bildirib. Onun sözlərinə görə, Moskvada qarın hündürlüyü 1989-cu ilin rekordunu qırıb. Belə ki, həmin ildə Rusiya paytaxtında 31 santimetr qar örtüyü müşahidə edilib.

"Moskva vaxtı ilə saat 9.00-da VDNX meteostansiyasının bazasında qar örtüyünün hündürlüyü gün ərzində 10 santimetr artaraq 23 santimetrdən 33 santimetrə, Tuşinoda da 33 santimetrə, Balçuqda isə 38 santimetrə çatıb. Bunlar adətən fevral ayına düşən qar örtüyünün bütün qışının maksimal iqlim göstəriciləridir. Üstəlik, statistik məlumatlara görə, bütün meteoroloji tarixdə heç vaxt bir gündə qarın hündürlüyü bu qədər olmayıb. Axırıncı dəfə oxşar hadisə 1989-cu ildə - 31 santimetr, 1993-cü ildə - 30 santimetr müşahidə olunub",-deyə Tişkovets vurğulayıb.

Onun sözlərinə görə, Moskva vilayətinin Volokolamsk şəhərində qarın hündürlüyü 35, Dmitrov və Pavlovski Posadda 39, Klində 40, Kolomnada 42 , Çerustidə isə 43 santimetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR