Putin: “NATO daha Şərqə doğru irəliləməməlidir”

Vladimir Putin

© APA | Vladimir Putin

# 23 dekabr 2021 14:34 (UTC +04:00)

“NATO daha Şərqə doğru irəliləməməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.

“Biz ölkəmizin təhlükəsizliyinin necə təmin olunmasını anlamalıyıq. Ona görə də, biz bir başa sualı qoyduq. NATO-nun Şərqə doğru heç bir irəliləməsi olmamalıdır. Top onların tərəfindədir. İndi onlar bizə nəsə cavab verməlidirlər. Bununla bağlı qeyd etmək istəyirəm ki, ümumilikdə müsbət reaksiya görürük. Amerikalı tərəfdaşlarımız bizə danışıqlara gələn ilin əvvəlində Cenevrədə başlamağa hazır olduqlarını bildiriblər. Hər iki tərəfdən danışıqlarda iştirak etmək üçün nümayəndə təyin olunub. Ümid edirəm ki, vəziyyətin inkişafı məhz bu yolla gedəcək”,- deyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR