Putin Rusiya əhalisinin azlığından şikayətlənib

Putin Rusiya əhalisinin azlığından şikayətlənib
# 23 dekabr 2021 13:32 (UTC +04:00)

“146 milyon sakin böyük ərazisi olan Rusiya üçün yetərli deyil”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Prezident Vladimir Putin keçirdiyi ənənəvi böyük mətbuat konfransında söyləyib.

Putin demoqrafik böhranı Rusiyanın əsas problemlərindən biri hesab edib.

“Demoqrafik problemlərə görə işçi qüvvə çatışmazlığı yaşayırıq. 146 milyon əhali Rusiyanın böyük ərazisi üçün kifayət etmir”, - deyə o vurğulayıb.

“Manej” Sərgi Salonunda keçiriləcək tədbirə 507 jurnalist akkreditasiya alıb.

Putin orta ömür yaşının koronavirus səbəbidən 71,5 ildən 70,1 ilə düşməsini də narahatedici faktor adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR