Qazaxıstanda ölüm hökmü ləğv olunub

Qazaxıstanda ölüm hökmü ləğv olunub
# 23 dekabr 2021 14:18 (UTC +04:00)

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğv olunması barədə qanunvericiliyə dəyişiklik edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təklif olunan dəyişikliklər ölüm hökmünü Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs cəzası olacaq.

Senat qanuna dəyişikliyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR