Rusiya FTX Basayev və Xəttab qruplaşmalarının keçmiş üzvlərini saxlayıb

Rusiya FTX Basayev və Xəttab qruplaşmalarının keçmiş üzvlərini saxlayıb
# 26 may 2023 12:33 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti Basayev və Xəttab qruplaşmalarının 3 keçmiş üzvünü saxlayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya İstintaq Komitəsi birgə məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar istintaq təcridxanasına yerləşdirilib və yaxın zamanda onlara qarşı ittiham irəli sürüləcək.

Məlumata əsasən, onlar 2000-ci ildə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasında 84 Pskov desantının qətlində iştirak ediblər.

Saxlanılan şəxslərin barəsində banditizm, silahlı üsyan və hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddələri ilə cinayət işinə başlanılıb.

Xatırladaq ki, 2000-ci ildə Çeçenistanın Şatoy bölgəsində həyata keçirilən antiterror əməliyyatları zamanı 84 nəfər Pskov desantı Şamil Basayev və Əmir Xəttabın silahlı dəstələri ilə döyüşdə öldürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR