Rusiyada itkin düşdüyü güman edilən 90 yaşlı qadın 9 saatdan sonra liftdə tapılıb

Leninqrad vilayətinin Koltuşi kəndi

© APA | Leninqrad vilayətinin Koltuşi kəndi

# 27 dekabr 2021 06:10 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayətində itkin düşdüyü güman edilən 90 yaşlı qadın Anuzə Sidorova 9 saat sonra liftdə tapılıb.

APA-nın məlumatına görə, hadisə Koltuşi kəndində baş verib.

O, gəzintidən evə qayıdarkən liftə minib və texniki nasazlıq üzündən mənzilə qalxa bilməyib. Yaşlı qadının evə gəlmədiyini görən yaxınları polisə məlumat verib.

Axşam saatlarında nəvəsi liftdən nənəsinin öskürəyini eşidib və idarəetmə şirkətinə zəng edib. Bundan sonra lift işə salınıb və təqaüdçü xilas edilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb. Bildirilib ki, bütün detallar və səbəblər müəyyən ediləcək, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR