Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb
# 22 dekabr 2021 12:52 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 264 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 292 983 nəfərə çatıb.

Son sutka ərzində 1020 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 300 269 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR