Tokayev Qırğızıstan Prezidentinə təşəkkür edib

Sadır Japarov, Kasım-Jomart Tokayev

© APA | Sadır Japarov, Kasım-Jomart Tokayev

# 14 yanvar 2022 10:58 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstan Prezidenti Sadır Japarova ölkəsinə verdiyi dəstək üçün təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon danışığı olub.

Tokayev qırğız həmkarını KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılması prosesi barədə də məlumatlandırıb.

Tərəflər Qazaxıstan-Qırğızıstan münasibətlərini və regional əməkdaşlıq perspektivlərini də müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR