Uşaq ombudsmanı: Beynəlxalq ictimaiyyətin Rusiyada görülən işləri qiymətləndirməsi möhtəşəmdir

Uşaq ombudsmanı: Beynəlxalq ictimaiyyətin Rusiyada görülən işləri qiymətləndirməsi möhtəşəmdir
# 17 mart 2023 20:51 (UTC +04:00)

“Beynəlxalq ictimaiyyətin ölkəmizin uşaqlarına kömək etmək üçün görülən işləri qiymətləndirməsi möhtəşəmdir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində çıxardığı həbs qərarına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Kreml isə Haaqa məhkəməsinin çıxardığı qərarların Rusiya üçün əhəmiyyət daşımadığını, hüquqi cəhətdən etibarsız olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR