Musiqi müəllimlərinin işə qəbulu prosesi DİM-in səlahiyyətinə verilə bilər

Musiqi müəllimlərinin işə qəbulu prosesi DİM-in səlahiyyətinə verilə bilər
# 28 dekabr 2021 13:43 (UTC +04:00)

“Biz çox istərdik ki, musiqi məktəblərində müəllimlərin işə qəbulu ilə bağlı müəyyən bir metodologiya tətbiq olunsun”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov musiqi məktəbləri haqqında danışarkən deyib.

“Biz istərdik ki, bu sahədə fəaliyyətimiz üçün yol xəritəsi cızaq. Musiqi müəllimlərinin işə qəbulu prosesinə ixtisaslaşmış dövlət qurumlarını, o cümlədən Dövlət İmtahan Mərkəzini (DİM) cəlb edək, Mədəniyyət Nazirliyi isə bu prosesdən kənarda dursun. Və prosesi kənar dövlət qurumu həyata keçirsin”.

Nazir müəllimlərin fəaliyyətinin diaqnostikası məsələsinə də toxunub: “Eyni zamanda, müəllimlərin fəaliyyətinin diaqnostikası məsələsi önəmlidir. Biz bu mexanizmlər üzərində iş aparılmasında maraqlıyıq. Hələ də musiqi məktəblərimizin sayı çox deyil. İstədiyimiz də odur ki, gələn il bu mexanizmlər işləsin. Həm də 2022-ci ildən biz işə qəbul imtahanına başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR