Nazir: “Səudiyyə Ərəbistanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” 

Nazir: “Səudiyyə Ərəbistanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” 
# 23 sentyabr 2019 19:59 (UTC +04:00)

“Səudiyyə Ərəbistanı Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bu sözləri Maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, qardaş ölkə işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir.

"Azərbaycan Səudiyyə Ərəbistanının prinsipial mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb. S. Şərifov əlaqələrin daha güclənəcəyinə əminliyimi ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR