Peskov: Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Peskov: Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 21 avqust 2019 03:51 (UTC +04:00)

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

"Rossiyskaya gazeta"nın yaydığı məlumata görə, Kremlin sözcüsü Putin və Makronun danışıqlar zamanı bir çox regional münaqişələrə toxunduğunu söyləyib: "Rusiya və Fransa prezidentlərinin danışıqları tutumlu, konkstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu "Normandiya formatı" sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaiqşələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub".

Peskov danışıqların ümumilikdə müsbət keçdiyini də vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR