Aİ-yə üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

Aİ-yə üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
# 30 sentyabr 2020 16:53 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın xəbərinə görə, təşkilata üzv ölkələrin liderləri 1-2 oktyabr tarixlərində Brüsseldə Aİ Şurasının xüsusi iclası üçün toplanacaqlar.

İki günlük müzakirələrdə Dağlıq Qarabağdakı gərgin vəziyyətlə yanaşı, Aİ-Çin münasibətləri, Belarusdakı vəziyyət, Aleksandr Navalnının zəhərlənməsi də müzakirə olunacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR