ANAMA: Şuşada qalıqları aşkarlanan "İsgəndər-M" raketidir

ANAMA: Şuşada qalıqları aşkarlanan "İsgəndər-M" raketidir
# 02 aprel 2021 16:16 (UTC +04:00)

"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı martın 15-də iki müxtəlif yerdə raket qalıqları aşkar olunub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb: "Məlum olub ki, bu, "İsgəndər" Operativ Taktiki Raket Komleksindən atılmış raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafə aşkarlanıb. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib".

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafda ilkin tədqiqatlar keçirilməkdədir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR