ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru: “Qarabağ münaqişəsinin sülh yolu ilə qalıcı siyasi həllini dəstəkləməliyik”

ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru: “Qarabağ münaqişəsinin sülh yolu ilə qalıcı siyasi həllini dəstəkləməliyik”
  • Clock-gray 16:19
  • calendar-gray 03 Dekabr 2020

ATƏT-in münaqişələrlə bağlı iştirak etdiyi proseslərdəki fəaliyyəti aktiv olaraq qalır.

APA xəbər verir ki, bunu ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, ATƏT zonasındakı münaqişələrlə bağlı siyasi dialoq və vasitəçilik prosesi siyasi iradə olduğu təqdirdə onlayn formatda davam etdirilə bilər: “Bizim təhlükəsizlik mühitimiz olduqca dəyişkən və təxminedilməz olub. Pandemiyanın ölkələr arasında və daxilində inamsızlıq və qütbləşmə də daxil olmaqla, mövcud trendləri sürətləndirməsinə dair işarələr var. Onun həmçinin münaqişədən zərər görən və onsuz da çətin şəraitdə yaşayan əhali üzərində ağır təsirləri var. Bu, münaqişələrə mane olmaq və münaqişə menecmenti sahəsindəki səyləri daha da çətinləşdirir. Təəssüf ki, BMT Baş katibinin qlobal atəşkəs və münaqişə bölgələrində əməkdaşlığa dair çağırışına riayət edilməyib. Əksinə pandemiya dialoq və təmaslara, vasitəçilik proseslərinə mane olub. Bəzi hallarda biz gücdən istifadənin diplomatiya yerinə seçilməsini görmüşük. Mülki əhali üzərində ciddi təsirləri olan Qarabağ ətrafındakı dağıdıcı müharibəni xatırlatmaq istəyirəm. Döyüşlərin dayandırılmasını və atəşkəsə nail olunmasını alqışlayaraq, biz yenilənmiş səylərimizə nail olmaq üçün indi münaqişənin sülh yolu ilə qalıcı siyasi həllini dəstəkləməliyik. Minsk Qrupu həmsədrlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə diplomatik səylərin davam etdirilməsi istiqamətində geniş dəstək var”.

Səid Babazadə

Digər xəbərlər