Ağdamın azad edilməsi münasibəti ilə Qələbə yürüşü keçirilib - FOTO

Ağdamın azad edilməsi münasibəti ilə Qələbə yürüşü keçirilib  - FOTO
# 20 noyabr 2020 14:55 (UTC +04:00)

Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

APA-nın xəbərinə görə, günorta saatlarından etibarən əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş etməyə başlayıb.

30 il bu sevinci gözləyən sakinlər " Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Digər yürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinin qarşısına gedəcək.

Sail Ağasəlim, Mirmehdi Ağaoğlu

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR