Akar: “Türkiyə-Rusiya Birgə Mərkəzinin dəstəyi ilə atəşkəsin davamlı olmasına ümid edirik”

Akar: “Türkiyə-Rusiya Birgə Mərkəzinin dəstəyi ilə atəşkəsin davamlı olmasına ümid edirik”
# 01 fevral 2021 17:53 (UTC +04:00)

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin köməyi ilə atəşkəsin davamlı olmasına, sabitliyin təmin edilməsinə və sülhün bölgədə hakim olmasına ümid edirik.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birlərinin haqq və mənafelərinə hörmət etməsinə, beynəlxalq hüquq çərçivəsində firavan şəkildə yaşamalarına ümid edirik. İstəyimiz budur. Bu məsələni cənab prezidentimiz dəfələrlə vurğulayıb. Bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti cənab Vladimir Putinlə də müzakirə olunub. İstəyimiz bölgədə sülh və sabitliyin hökm sürməsidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR