Alban-Udi xristian dini icması üzvlərinin Xocavəndə səfəri başlayıb

Alban-Udi xristian dini icması üzvlərinin Xocavəndə səfəri başlayıb
# 17 aprel 2021 10:30 (UTC +04:00)

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvlərinin işğaldan azad edilən Xocavənd rayonuna səfərinə start verilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər.

Səfər iştirakçıları alban məbədində 30 ildən sonra ilk dəfə Pasxa bayramı münasibəti dini ayin icra edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR