Amerikalı konqresmen: "Xocalı faciəsini xatırlamaq çox vacibdir"

Amerikalı konqresmen: "Xocalı faciəsini xatırlamaq çox vacibdir"
  • Clock-gray 08:22
  • calendar-gray 27 Fevral 2020

ABŞ Konqresində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olduğunu qeyd edib.

Səfir, həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına da toxunub: “ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindəki roluna görə təşəkkür edirik”.

Tədbirdə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvü Pol Qosar Xocalı soyqırımının anılmasının vacibliyini vurğulayıb: “Xocalı faciəsini xatırlamaq çox vacibdir. Başqa cür olarsa, tarix özünü təkrarlayacaq”.

apa-logo-mini

Digər xəbərlər