Andrey Rudenko və Toivo Klaar Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə ediblər

Andrey Rudenko və Toivo Klaar Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə ediblər
# 17 iyul 2020 17:34 (UTC +04:00)

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, T. Klaarın təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə ediblər.

Telefon danışığı zamanı münaqişə tərəflərinə maksimal dərəcədə təmkinli olmağın, münaqişənin daha da kəskinləşməsinə gətirib çıxaracaq fəaliyyət və bəyanatlardan imtina etməyin, eləcə də atəşkəs rejiminə riayət olunması ilə bağlı öhdəliklərin icrasının vacibliyi vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR