Ankarada Azərbaycanın sərhədlərinə hücum edən Ermənistana qarşı etiraz tədbiri keçirilib - FOTO - VİDEO

Ankarada Azərbaycanın sərhədlərinə hücum edən Ermənistana qarşı etiraz tədbiri keçirilib - FOTO - VİDEO
# 19 iyul 2020 16:57 (UTC +04:00)

Bu gün Ankarada iyulun 12-dən Azərbaycanın Tovuz rayonu istiqamətinə hücumlar edən təcavüzkar Ermənistana etiraz əlaməti olaraq tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ankarada toplantı və yürüş qadağası ilə bağlı tədbir iştirakçıları paytaxtda Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarlığı yerləşən Anıtqəbir kompleksinə çələnglər qoyublar.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk dünyası Parlamentarilər Birliyi, Ankarada yaşayan azərbaycanlılar, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB), Osmanlı Ülkü Ocaqları Federasiyası və bu kimi bir çox dərnək üzvləri iştirakı ediblər.

Səfir Xəzər İbrahim tədbirə qatılanlara təşəkkür edərək bildirib ki, hazırda son hadisələr istər Türkiyə dövləti, istərsə Türkiyə xalqı tərəfindən böyük dəstək alıb. Qeyd edib ki, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin ən ağır və ən sevincli günlərində yanında olub: “Qazi Mustafa Kamal Atatürkün məzarı önündə bu biz bunu bir daha bəyan etmək istədik”.

Türkiyə Prezidentinin Səhiyyə və Qida siyasəti üzrə baş müşavir Necdet Ünivar Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağ bizim içimizdə də qanayan bir yaradır" ifadəsini xatırladaraq bildirib ki, Ermənistanın işğalından əl çəkmək yerinə, işğalçılığını davam etdirir və Türkiyə bunu şiddətlə qınayır.

Tədbir iştirakçıları Qarabağ və Türkiyə Azərbaycan dostluğu ilə bağlı şüarlar səsləndiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR