Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO
# 23 fevral 2021 12:40 (UTC +04:00)

Bu gün Ankaranın Kızılcahamam rayonunda yerləşən “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kızılcahamam bələdiyyə sədri Süleyman Acar, Türkiyə parlamentinin deputatları Emrullah İşler və Nevzat Ceylan Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.

Bildirilib ki, Azərbaycanın qətiyyətli mübarizəsi, Türkiyə-Azərbaycan qardaşlığı 30 illik erməni işğalına son qoyub, Xocalıda qətlə yetirilən günahsız insanların qisası alınıb.

Tədbirdə Kızılcahamam sakinləri də iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR