Avropa Şurasının Baş katibi: “Hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir”

Avropa Şurasının Baş katibi: “Hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir”
# 27 sentyabr 2020 14:36 (UTC +04:00)

“Dağlıq Qarabağda hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir. Üzv dövlətlərimiz Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandıraraq məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram”.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç verdiyi bəyanatda deyib.

O, Avropa Şurası adından insan həyatını qorumaq və hərbi münaqişəyə girməmək üçün iki üzv dövlətin səlahiyyətlilərini mümkün olan hər şeyi etməyə çağırıb: “Gərginləşməni dayandırmaq üçün bütün səylər göstərilməlidir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinə üzv dövlətlərimizin bu münaqişəyə sülh yolu ilə bir həll tapmasına kömək etmək üçün etdikləri işlərdə dəstəyimizi təkrar edirik. Bu çətin vaxtlarda düşüncələrimiz hamıdan daha çox əziyyət çəkən mülki şəxslərdə - uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, münaqişədən əziyyət çəkən bütün insanlardadır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR