Azərbaycan Prezidenti: “Noyabrın 10-da imzalanmış Bəyanata müdaxilə cəhdləri var”

Azərbaycan Prezidenti: “Noyabrın 10-da imzalanmış Bəyanata müdaxilə cəhdləri var”
  • Clock-gray 12:25
  • calendar-gray 01 Dekabr 2020

“Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, belə cəhdlər var: “Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.

apa-logo-mini

Digər xəbərlər