Azərbaycan Prezidenti: “Ölkəmiz üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır”

Azərbaycan Prezidenti: “Ölkəmiz üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır”
# 01 dekabr 2020 13:07 (UTC +04:00)

“Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Prezident vurğulayıb ki, biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq: “Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR